Yaşı 10 ildən çox olan avtomobillərin qiymətləri - SİYAHI

15:54 - 7.04.2023


7 aprel, Fineko/abc.az. Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.

ABC.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, istismar müddəti 10 ildən çox olan avtomobillərlə bağlı qadağa ölkədə maşın bazarında qiymət dəyişikliyinə səbəb olub. Belə ki, ilinə və modelinə görə avtomobillərin qiymətindəki dəyişikliyi araşdırmaq qərarına gəlmişik.

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan avtomobillərin nağd qiymətləri ilə bağlı elan saytlarına nəzərə yetirdik. Seçdiyimiz modellər içində ən ucuz və baha qiymətlər aşağıdakı kimi dəyişir:

2005-2012 buraxılış ilinə görə "Mercedes"lər - 8800 AZN - 34500 AZN

2005-2012 buraxılış ilinə görə "Chevrolet Aveo" - 7200 AZN - 13000 AZN

2005-2012 buraxılış ilinə görə "Hyundai Accent" - 7800 AZN - 19500 AZN

2005-2012 buraxılış ilinə görə "Opel Astra" - 7200 AZN - 17000 AZN

2005-2012 buraxılış ilinə görə "Toyota Prius" - 10500 AZN - 22800 AZN

2005-2012 buraxılış ilinə görə "KİA Ceed" - 11800 AZN - 21200 AZN