10:28 - 5.04.2023
5 aprel, Fineko/abc.az. 18 yaşlı italyan Klemente del Vekkio 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olub.
ABC.AZ “Forbes” nəşrinə istinadən xəbər verir ki, Klemente dünyanın ən böyük eynək istehsalçısı olan “Luxottica”nın yaradıcısı Leonardo del Vecchio-nun yeddi övladının ən kiçiyidir. Ən gənc milyarder olaraq o, 18 yaşında atasından biznesin bir hissəsini miras alan almaniyalı Kevin David Lehmannın yerinə keçib. Qeyd edək ki, Leman ailəsi Almaniyanın “Dm-drogerie markt” apteklər şəbəkəsinin sahibidir.
İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vekkio 2022-ci ilin iyununda vəfat edib və geridə 25,5 milyard dollarlıq sərvət qoyub. Sahibkarın varisləri Delfin holdinqində pay alıblar.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026