10:14 - 29.03.2023
29 mart, Fineko/abc.az. Dünya Bankı qlobal iqtisadiyyatın orta potensial artımının 2022-2030-cu illər arasında illik 2,2%-lə son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu, əsrin ilk 10 ilindəki göstəricinin təxminən üçdə birinə uyğundur.
“COVID-19” pandemiyası və Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra uzunmüddətli potensial artım templəri zəifləyib.
Son 30 ildə tərəqqi və rifahı gücləndirən iqtisadi qüvvələrin demək olar ki, hamısı zəifləyib.