15:28 - 17.03.2023
17 mart, Fineko/abc.az. Azərbaycanın 65 rayon və şəhərindən 51-i dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirib.
ABC.AZ-ın məlumatına əsasən, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Milli Məclisin iclasında müzakirə edilən Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Sənəddə göstərilir ki, 2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 milyon manat dotasiya ayrılıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026