ABŞ “ByteDance”dən “TikTok”dakı səhmlərini tələb edib

16:10 - 16.03.2023


16 mart, Fineko/abc.az. ABŞ, Çinin sosial media platforması olan “TikTok”un sahibi “ByteDance”dən öz səhmlərini satmağı tələb edib.

ABC.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, əks halda tətbiqin ölkədə istifadəsi qadağan oluna bilər.

“Wall Street Journal”dan (WSJ) verilən xəbərə görə, tələbin Xəzinədarlıq Departamentinin Xarici İnvestisiyalar Komitəsi (CFIUS) tərəfindən edildiyi bildirilib.

Məlumata görə, “TikTok” tətbiqinin sahibi olan “ByteDance”in səhmlərinin 60 %nin qlobal investorlara, 20 %nin şirkət işçilərinə, qalan 20-%nin isə təsisçilərinə aid olduğunu qeyd edilib.