Azərbaycan bankları biznes kreditlərinə tələbatın artacağını proqnozlaşdırır

12:31 - 16.03.2023


16 mart, Fineko/abc.az. Azərbaycan bankları bu ilin I rübündə biznes kreditlərinə tələbdə artım proqnozlaşdırırlar.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Banklar 2023-cü ilin ilk 3 ayında biznes kreditləri üzrə tələbin 16 %, o cümlədən mikro kreditlər üzrə tələbin 16 %, kiçik və orta sahibkarlıq (KOS) kreditləri üzrə tələbin 14 %, iri biznes kreditləri üzrə tələbin isə 8 % artacağını gözləyir.

Eyni zamanda, banklar iri sahibkarlıq subyektlərinə verilən kreditlər istisna olmaqla, biznes kreditləri üzrə standartlarda yumşalmaların davam edəcəyini bildirib.