Hindistan Azərbaycana 46 şirkət göndərib

11:27 - 16.03.2023


16 mart, Fineko/abc.az. Azərbaycana ölkənizlə münasibətlərini gücləndirmək istəyən 46 şirkəti təmsil edən 60-a yaxın nümayəndədən ibarət heyətlə gəlmişik.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilən Əczaçılıq üzrə Hindistan-Azərbaycan Biznes tədbirində Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasınıın Tənzimləmə Şöbəsinin direktoru Lakşmi Prasanna deyib.

O, bildirib ki, dünyanın əczaçılıq mərkəzi adını almış Hindistan çox əlverişli qiymətə və effektiv təsiri olan dərmanların istehsalı üzrə tanınır.

''Biz beynəlxalq qeyri-hökumət təşkilatlarını ümumi dərman vasitələri, xüsusən retrovirus və vərəm əleyhinə dərman vasitələri ilə təmin edən dünyanın ən böyük təchizatçıyıq. Hazırda 200-dən çox ölkəyə dərman ixrac edirik.Azərbaycanın 850 milyon dollarlıq həcmə malik olan əczaçılıq bazarında əsas yeri idxal tutur. Türkiyə, Avropa, Çin və Rusiya Azərbaycana ən böyük dərman idxal edən tərəfdaşlardır, Hindistan isə ümumi idxalının 4-5%-i tutmaqla bu siyahıda 6-cı yerdədir.'' - deyə o, vurğulayıb.