15:59 - 13.03.2023
13 mart, Fineko/abc.az. “Xəzər Sığorta Agentliyi” MMC cərimələnir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sığorta Agentliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib.
İXM-in 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Dövlət Əmək Müfəttişliyi Xidməti “Xəzər Sığorta Agentliyi” MMC barəsində inzibati xətanı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində sübut edərsə, o zaman ən aşağısı onu 20 min manatlıq cərimə gözləyir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026