Yaponiyada maaşlar sürətlə azalmağa doğru gedir

14:50 - 7.03.2023


7 mart, Fineko/abc.az. Yanvarda Yaponiyada real əmək haqqı təxminən 9 ilin ən sürətli azalmasını qeyd edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Yaponiya Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqı yanvar ayında keçən illə müqayisədə 4,1 % azalıb.

Bu isə, 2014-cü ilin may ayından bu yana ən böyük azalma olub. Analitiklər inflyasiyaya uyğunlaşdırılmış real əmək haqqının aşağı səviyyəyə endiyini düşünürlər. Məlumatlara görə, yanvar ayında ümumi pul gəlirləri və ya nominal əmək haqqı illik müqayisədə 0,8 % artıb.