Ötən il adambaşına ən çox sərmayə Qarabağa edilib

14:59 - 3.03.2023


3 mart, Fineko/abc.az. Azərbaycanda adambaşına ən çox və ən az sərmayə yatırılan rayon və şəhərlər məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədə adambaşına düşən sərmayənin həcmi 1800 manat təşkil edib.

2022-ci ilin nəticələrinə görə, Azərbaycanda adambaşına ən byöük investisiya yatırımları işğaldan azad edilən rayonlara və Naxçıvan şəhərinə edilib. Səbəb işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük layihələrdir.

Belə ki, Şuşa və Zəngilan və Xocavənd rayonuna yatırımlar müvayiq olaraq adambaşına 24 min manat, 17 min manat və 14 min manat arasında dəyişir.

Sonrakı yerləri Naxçıvan şəhəri və Cəbrayıl rayonu tutur.

Bakı şəhərin adambaşına yatırımların həcminə görə sıralamada ilk 10-luqda yerini güclə qoruyub saxlaya bilib –4366 manat.