10:34 - 3.03.2023
3 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının və yeraltı su ehtiyatlarının təftişi və monitorinqilərinin yenindən qiymətləndirilməsi aparılır.
ABC.AZ xəbər verir ki, bu məqsədlə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Naxçıvana səfər ediblər.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev qiymətləndirmə əsasında görüləcək işlərlə bağlı bildirib ki, muxtar respublika ərazisində çoxsaylı filiz və qeyri filiz yataqları mövcuddur.
Belə ki, son 50 – il ərzində burada 13 zəngin ehtiyatlara malik filiz yataqları, bura həm mis, həm sink, həm əlvan və nəcib metallar daxildir. Eyni zamanda 70 qeyri-filiz inşaat materialları və tikinti materialları kəşf edilmiş və ehtiyatları hesablanmışdır.
21 Avqust 2026