10:22 - 17.02.2023
17 fevral, Fineko/abc.az. Xəbər verildiyi kimi, "AZAL" Fransanın paytaxtı Parisə təyyarə reyslərini bərpa etməyə hazırlaşır.
ABC.AZ xəbər verir ki, AZAL-ın yeni reysi ilə Parisə uçub qayıtmaq 960 manatdan başlayacaq.
Bakıdan Parisə uçuş minimum 460 manata, əks istiqamətdə isə 500 manata başa gəlir.
Bu AZAL-ın ən qənaətli (Economy (Lite)) sinfinə aid qiymətlərdir. Digər uçuş siniflərində - Economy (Classic)-də Bakıdan uçuş 513 manatdan, əks istiqamətə uçuş isə 555 manatdan başlayır – yəni gediş gəliş 1068 manat.
Nəhayət, Economy (Safe) sinfi ilə uçuşda Bakıdan uçuş 540 manatdan, geri qayıtma 582 manatdan başlayır – yəni gediş-gəliş 1122 manat.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026