Turizm sahəsində qrant almış və istifadə edilməmiş məbləğ donora qaytarılmayacaq

12:16 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Turizm sahəsində keçirilən müsabiqə üzrə qrant almış layihədə istifadə edilməmiş məbləğ donora qaytarılmayacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci maddəsi ləğv edilib.

Bundan əlavə həmin sənədin 5.6-cı maddəsi də ləğv edilib ki, bununla da layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməməsi qüvvədən düşüb.