11:33 - 14.02.2023
14 fevral, Fineko/abc.az. Ölkə bankları mərkəzi Bankın notları ilə yanaşı, maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarına da pul yatırırlar.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən prosedurlar nəticəsində qiymətli kağızlara yatırımlar bankların ümumi aktivlərində rekord paya çatıb - 17,7%.
Qeyd edək ki, 2021-ci ildə bu göstərici 12,7%, 2020-ci ildə 13,5%, 2019-cu ildə isə təqibən 10% olmuşdu.
Amma banklar arasında QK-lara maraq eyni həddə deyil. Ölkədəki 25 bankdan 5-i ümumiyyətlə bu mövzuya maraq göstərmir. 14 bankın qiymətli kağızlara yatırımları isə 10-100 milyon manat arasındla dəyişir.
QK-lara ən böyük vəsait yatıran banklar ölkənin 3 ən iri bankıdır. Bunlar ABB bank və “Paşa Bank” və “Kapital Bank”dır.
İlk 3 bankın QK sektoruna yatırımları 7,26 milyard manat təşkil edir. Bu da bütün bank sektorunun bəhs olunan sahəyə yatırımlarının 87%-i deməkdir.