Bakıda taksi sürücüsünə 267 manat bəxşiş verildi

17:10 - 9.02.2023


9 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən biri ilə bağlı maraqlı xəbər yayılıb.

Belə ki, Azərbaycanda ən fəal taksi istifadəçisinin 2022-ci il ərzində 1755 dəfə taksidən istifadə etdiyi məlum olub.

Onun sürücü ilə qət etdiyi ən uzaq məsafə 176 kilometr olub.

ABC.AZ-ın məlumatına görə, qət edilən məsafəyə görə, müştəri sürücüyə 267 AZN bəxşiş verib.

Müəllif: Elmir Murad