14:24 - 7.02.2023
7 fevral, Fineko/abc.az. Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O vurğulayıb ki, həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik: "Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük".
21 Avqust 2026