10:15 - 31.01.2023
31 yanvar, Fineko/abc.az. Qlobal iqtisadiyyat üçün BVF 2024-cü ildə 3,1% artım gözləyir.
ABC.AZ xəbər verir ki, bu da ötən ilin oktyabrından 0,1 faiz bəndi daha pisdir.
2023-cü ildə 2,9% artım gözlənilir ki, bu da oktyabr ayı proqnozundan 0,2 faiz bəndi yaxşıdır.
Fondun 2024-cü il üçün ABŞ iqtisadiyyatı ilə bağlı gözləntiləri pisləşib. İndi BVF 2024-cü ildə ABŞ-da, oktyabr proqnozundan 0,2 faiz bəndi aşağı olmaqla 1% artım proqnozlaşdırır.
BVF-nin proqnozuna görə, 2023-cü ildə ABŞ iqtisadiyyatı 1,4% artacaq ki, bu da oktyabr ayı proqnozundan cəmi 0,4 bəndi çoxdur.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026