14:48 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.
ABC.AZ xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistləra açıqlamasında bildirib.
O qeyd edib ki, "Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub:
"Həmçinin "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub. Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb".