Davosda Forum işə başlayır

11:40 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.

Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.

ABC.AZ xəbər verir ki, 2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.

Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir. Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolz çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.