10:49 - 16.01.2023
16 yanvar, Fineko/abc.az. 2022-ci ilin yekunlarına əsasən İsraildə inflyasiya son 20 ildə maksimuma çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.
İsrail Mərkəzi Statistika Bürosunun verdiyi məlumata əsasən, ötən ilin sonunda - oktyabrdan dekabradək istehlak qiymətləri indeksi 0,3 faiz artıb. Statistik məlumatlarda qeyd olunub ki, 2022-ci ilin sonunda illik inflyasiya 5,3 faiz təşkil edib.
"Yedioth Ahronoth" qəzeti qeyd edib ki, bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir. O zaman illik inflyasiya 6,3 faiz təşkil edib və o vaxtdan bəri heç vaxt 3,9 faizlik həddi keçməyib.