15:59 - 12.01.2023
12 yanvar, Fineko/abc.az. “Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanın iqtisadi artımın 3,7%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib. Hesabata əsasən, 2023-cü ildə neft və qaz qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının 50,0%-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna ağır təsir göstərə bilər.
"Bununla belə, əsas kapitalın formalaşması 2023-cü ildə və ondan sonrakı illərdə artıma daha çox töhfə verəcək, çünki Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca, potensialın artırılmasına investisiya tələb olunur”, - “Fitch Solutions” qeyd edib.
“Fitch Solutions” həmçinin, Azərbaycan iqtisadiyyatının 2023-cü ildə artım baxımından 2011-2021-ci illər arasında qeydə alınmış 1,3%-lik tarixi on illik orta göstəriciyə nisbətən daha yüksək performans göstərəcəyini vurğulayıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026