10:45 - 9.01.2023
9 yanvar, Fineko/abc.az. Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.
ABC.AZ xəbər verir ki, taksi xidməti göstərən avtomobillərin tapılmasında çətinliklər yaranan kimi sürücülər və şirkətlər bundan sui-istifadə etməyə başlayıb. Belə ki, gediş haqlarında kəskin artım müşahidə olunur. 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat arası qiymətlər göstərilir
Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.
Müəllif: Elmri Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026