13:59 - 28.12.2022
28 dekabr, Fineko/abc.az. Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayevə yeni vəzifə verilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəhman Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, R. Mustafayev bu ilin oktyabrında səfir təyin olunub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026