Vüsal Qasımlı: “Son 19 ildə iqtisadiyyat 3,4 dəfə böyüyüb”

14:15 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Son 19 ildə Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı 3,4 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, 2003-cü ilə nisbətən 2021-ci ildə qeyri-neft-qaz sektoru üzrə Ümumi Daxili Məhsul istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə artıb. Bu illər ərzində iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli artım baş verib: Kənd təsərrüfatı məhsulu 2 dəfə, yük daşınması 1,8 dəfə, sərnişin daşınması 1,3 dəfə və informasiya və rabitə xidmətlərinin həcmi 15,4 dəfə artıb.