11:33 - 12.06.2018
12 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,01 dollar (0,01%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,38 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (65,74 dollar) qarşı 0,36 dollar (0,55%) yüksəlib və hazırda 66,10 dollar/barelə təşkil edir.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (77,32 dollar) qarşı 0,86 dollar (1,11%) enib və hazırda 76,46 dollar / barelə təşkil edir.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 10,36 dollar / barelə təşkil edir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026