14:26 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Azərbaycanda real ümumdaxili məhsulun artımı (ÜDM) bu il üçün 4,7% proqnozlaşdırılıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib.
Hesabatda gələn il üçün iqtisadi artım 3,5%, 2024-cü ildə 3%, 2025-ci ildə 2,8%, 2026-cı ildə isə 3,2% müəyyən edilib.
Həmçinin, illik inflyasiya bu il üzrə 5,2% proqnozlaşdırılıb. AİB-ə görə, 2023-2026-cı illərdə Azərbaycanda inflyasiya 4%-dən 3,2%-ə kimi azalacaq.
Bundan əlavə, hesabatda bu il üçün Azərbaycanın xarici borcu üzrə proqnoz 20,2 mlrd. dollar müəyyən edilib. Qeyd edilib ki, bu rəqəm 2026-cı ilə kimi 25,6 mlrd. (2023-cü ildə 20,7 mlrd. dollar, 2024-cü ildə 22,6 mlrd. dollar, 2025-ci ildə isə 23,9 mlrd. dollar) dollara çatacaq.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026