Bu ölkə Azərbaycana sərmayə qoymaq istəyir - Prezidentlə görüş

09:59 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Azərbaycanda yeni sahələrə investisiya yatırmaq, eləcə də bəzi yeni layihələri maliyyələşdirmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu məsələlər dekabrın 18-də, istirahət günü prezidenti İlham Əliyev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən müzakirə olunub.

Xatırladaq ki, səudiyyəli nazir Xalid bin Əbdüləziz Əl-Falih – həm də Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədridir, yəni birbaşa olaraq Azərbaycanla iqtisadi əlaqələrə cavabdehdir. Komissiyanın digər, Azərbaycan tərəfdən həmsədri isə maliyyə Samir Şərifovdur.

Görüşdə İlham Əliyev Hökumətlərarası Müştərək Komissiyanın iclasının və Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd edib.

Prezident xatırladıb ki, indiyədək iki tərəf arasında biznes sahəsində, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilir. Məsələn, Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı layihə reallaşdırır. Prezident İlham Əliyev bir daha xatırladıb ki, alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün Azərbaycanda böyük potensial var.

Qeyd edək ki, prezidentlə görüşdən əvvəl Səudiyyə Ərəbistanı nümaynədələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Zəngilanda da səfərdə olmuşdular. Ərəblər həm buradakı vəziyyət, həm də hökumətin bu ərazilərlə bağlı planları lə tanış olmuşdular. Prezident səudiyyəlilərin azad edilmiş torpaqlara səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib.