Türkiyədə inflyasiya 20 faiz səviyyəsinə düşəcək – Ərdoğan

12:01 - 13.12.2022


13 dekabr, Fineko/abc.az. “2023-cü ilin sonuna qədər Türkiyədə inflyasiyanın 20 faiz səviyyəsinə düşəcək”.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

"İllik inflyasiyanın bir neçə aydan sonra 40 faizə düşəcəyi açıq-aydın görünsə də, etiketləri başqa hesablarla müəyyən etmək hələ də düzgün deyil. Hər kəs öz hesabını 2023-cü ildə inflyasiyanın 20% səviyyəsinə uyğun qurmalıdır. Bu ölkənin 85 milyon vətəndaşının ümumi gələcəyi və mənafeyi bizim üçün hər bir fərdin şəxsi mənfəət güdməsindən daha vacibdir. İnflyasiyanın 2023-cü ilin sonuna qədər 20 faiz səviyyəsinə və hədəflədiyimiz kimi 2024-cü ildə birrəqəmli rəqəmə endirilməsi üçün əlimizdən gələni etmək əzmindəyik.

Sizə açıq deyirəm, hər kəs 2023-cü ildə 20 faiz səviyyəsində hesablama aparmalıdır. Əks istiqamətdə hərəkət edənlərlə biz hakimiyyət olaraq səlahiyyətimizdən və millətimizin iradəsindən istifadə edərək lazımi cavabı verəcəyik"- deyə Ərdoğan bildirib.