Bu günədək 42 min vətəndaşa ipoteka krediti verilib

12:03 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktoru Rasim Abdullayev bəzi məqamlara aydınlıq gətirən açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, o bildirib ki, bu günədək 42 min vətəndaş 2 milyard 394 milyon manatdan artıq ipoteka krediti alıb.

R.Abdullayev qeyd edib ki, 56 milyon manat həcmində ipoteka kreditinə zəmanət verilib, 3 minə yaxın vətəndaş Fondun kirayə mənzil mexanizmində faydalanıb. Sahibkarlıq fəaliyyəti istiqaməti üzrə 336 milyon manatdan artıq zəmanətli kredit rəsmiləşdirilib.