Avropa İttifaqı Ukraynaya 18 milyard avro ayırıb

10:30 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Aİ Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə şənbə günü qurumun saytında dərc olunmuş press-relizdə deyilir.

Şura Aİ-nin 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib.

Qeyd edildiyi kimi, Ukraynaya verilən 18 milyard avroluq kreditin 10 illik güzəşt müddəti olacaq. Aİ Şurası tərəfindən qəbul edilən təklif gələn həftə mümkün qəbul olunmaq üçün Avropa Parlamentinə göndəriləcək.