10:45 - 9.12.2022
9 dekabr, Fineko/abc.az. Qlobal inflyasiyada yumşalma əlamətləri olsa da, bəzi ekspertlər inflyasiyanın pik həddinə çatdığına inanmır.
ABC.AZ xəbər verir ki, qlobal investisiya bankı "Goldman Sachs"dan bildirilib ki, inflyasiyanın pik həddə çatdığına dair bazar optimizmi yanlışdır.
Bank rəsmiləri hesab edir ki, bu optimizmin 2023-cü ildə enerji xərclərinin potensial sıçrayışını görməməzlikdən gəldiyini qeyd edib.
Məlumata görə, Çinin artan tələbi və davam edən tələb-təklif təzyiqləri 2023-cü ildə enerji və digər əmtəələrdə qiymət artımlarına səbəb ola bilər.
"Biz inflyasiyanın pik həddə çatdığı və gələn il faiz dərəcələrinin azaldıla biləcəyi ilə bağlı nikbin olmağın tez olduğunu düşünürük" deyə Bankdan vurğulanıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026