11:41 - 1.12.2022
1 dekabr, Fineko/abc.az. Azərbaycanlı iş adamı, Rusiyanın “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov, Azərbaycanda ilk dəfə qeyri-neft və qeyri-maliyyə sektoruna yatırım edib.
ABC.AZ xəbər verir ki, Rusiyada yaşayan iş adamı İsmayıllıda yerləşən “İsmayıllı-Şərab-2” ASC-nin səhmlərini alıb.
Xatırladaq ki, “İsmayıllı Şərab-2” ASC İsmayıllının Hacı Hətəmli kəndində 300 hektar əraziyə, bundan 250 hektar üzüm bağına və şərab istehsalı müəssisəsinə sahibdir. Bundan başqa, təsərrüfatda hotel və turizm üçün imkanlar da var.
İsmayıllı Şərab-2 zavodu 1982-ci ildə Azərbaycanın İsmayıllı rayonunda yaradılmışdır. 2010-cu ildə şərab zavodu modernləşdirilmiş və istehsal avadanlığı yenilənmişdir.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026