14:49 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb.
ABC.AZ-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev ATV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir.
"Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılmasını ikinci istiqamət kimi göstərə bilərik. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda təkmilləşdirilməsini nəzərdə tutur.
Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət isə ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir", - deyə rəis müavini bildirib.