Bu həyət evləri söküləcək - İcra başçısından açıqlama

10:13 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli mətbuata açıqlama verərək söküləcək ərazilərdən danışıb.

ABC.AZ xəbər verir ki, başçı söküntünün əsasən, Alatava, İnşaatçılar metrosunun ətrafında yerləşən həyət evlərinə şamil olunacağını bildirib.

O qeyd edib ki, sözügedən ərazilərdə söküntü aparıldıqdan sonra yeni binalar tikiləcək. E.Həsənovun sözlərinə görə, yeni binaların tikilməsi ilə bağlı məsələlər artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.

O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:

"Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq".