Azərbaycanın bu Fondu xarici Banklardan kredit alacaq

14:46 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu (SİF) bir neçə ildən sonra Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarından müəyyən maliyyə vəsaiti cəlb etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun (SİF) uzun və qısamüddətli kredit reytinqinin "BB-/B" səviyyəsində təsdiqlənməsilə əlaqədar olaraq "S&P Global Ratings" reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu (ASF) sahibkarlara güzəştli şərtlərlə kredit ayrılması üçün kommersiya banklarına və kredit ittifaqlarına kreditlər verir.