13:32 - 5.11.2022
5 noyabr, Fineko/abc.az. “Bu qanunun mahiyyətində maraqların konflikti durur”.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, 30 il işğal altında olan əraziləri düşmən tapdağından azad etməyimiz bu cür qanunların qəbulunun əhəmiyyətini xüsusilə artırır: “Bir vaxtlar Azərbaycana qoyulan sərmayələrin 80%-ə qədəri xarici sərmayələr idi. Amma 2021-ci ildə bu göstərici 27 %-dir. 2026-ci ildə isə xarici sərmayələrin 22 %-ə enməsi proqnozlaşdırılır. Ona görə də bu kimi qanunların xarici sərmayələrin cəlbinə nə qədər təkan verəcəyi aydınlaşdırılmalıdır. Kiçik, orta bizneslərlə bağlı qanunun qəbul edilməsini alqışlayıram. Amma bu kimi qanunların işləməsi üçün əlverişli rəqabət mühiti yaradılmalıdır. Ona görə də Rəqabət Məcəlləsinin qəbulu üçün məqsədyönlü addımların atılmasını sürətləndirməliyik".
3 Avqust 2026