12:07 - 7.06.2018
7 iyun, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) dövriyyəsi yanvar-may aylarında 9,95 milyard manat təşkil edib.
BFB-in məlumatına görə, ötən ilin yanvar-may aylarında birjanın dövriyyəsi bütün alətlər üzrə 3,334 milyard manat təşkil edib ki, bu da demək olar ki, 3 dəfə artım deməkdir.
“İlin əvvəlindən 48,552 min əqd, 2017-ci ilin beş ayı ərzində isə 29,987 min əqd bağlanmışdır ki, bu da 2 dəfədən çox artım deməkdir”, - məlumatda belə deyilir.