15:03 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Prestij-Kimya MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.
“Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 mln.manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək”,- deyə nazir əlavə edib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026