14:59 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. “AzerGold” QSC ötən ilin 29,402 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 39% azdır.
Ötən il “AzerGold”un müştərilərlə müqavilələr üzrə gəlirləri 112,074 milyon dollar (əvvəlki illə müqayisədə 1,7% çox), satışlarının maya dəyəri 51,7 milyon dollar (40,9% çox), ümumi və inzibati xərcləri 13,361 milyon dollar (34,9% çox), keyfiyyət və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi üzrə zərəri 7,071 milyon dollar (12,1% çox), qeyri-maddi aktivlər, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə zərəri 3,058 milyon dollar (əvvəlki il gəlir olub), sair gəlirləri 2,976 milyon dollar (4,3 dəfə çox), maliyyyə xərcləri 1 milyon dollar (2 dəfə az), mənfəət vergiasi ödəmələri isə 9,458 milyon dollar (1,4% az) təşkil edib.
Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 200,922 milyon dollar olub ki, bu da illik müqayisədə 43,6% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,5% azalaraq 41,113 milyon dollara, balans kapitalı isə 62,8% artaraq 159,809 milyon dollara, o cümlədən nizamnamə kapitalı 67,6% artaraq 36,471 milyon dollara çatıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026