14:34 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. 2023-cü ilin dövlət büdcəsində əmək haqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22,0%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılmış, növbəti ildə orta aylıq əmək haqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir.