Qaradağda 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb

17:26 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Bu gün Qaradağda fəaliyyətə başlamış "Abşeron Tikinti Materialları Mərkəzi"ndə ümumilikdə 1 500-ə yaxın sahibkarın fəaliyyəti üçün şərait yaradılıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov özünün tvitter səhifəsində yazıb.

O qeyd edib ki, iqtisadiyyatın böyüməsinə, məşğulluğa dəyər qatan yeni KOB subyektlərinin yaradılmasını KOBİA olaraq hər zaman dəstəkləyirik.