Neft Fondu Milan və Seuldakı daşınmaz əmlaklarını satıb

14:22 - 25.10.2022


25 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Milan və Seuldakı daşınmaz əmlaklarını satıb.

ABC.AZ xəbər verir ki, bunu ARDNF-dən bildiriblər.

Qeyd edilib ki, hər iki satış mənfəətli olub və Fond bundan gəlir götürüb: "Satışlar birbaşa olmayıb, investisiya şirkətləri ilə birgə həyata keçirilib. Milandakı daşınmaz əmlakı sasatdıqdan sonra orda başqa daşınmaz əmlaklara investisiya qoyulub. Seuldakı satışdan sonra isə ordan yeni əmlaklar alınmayıb".

Müəllif: Elmir Murad