12:07 - 25.10.2022
25 oktyabr,Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyə qədər xarici ölkələrdə 2 milyard 900 milyon dollarlıq daşınmaz əmlak alıb.
Bunu ABC.AZ-a ARDNF-dən bildirilib.
Fonddan bildirilib ki, sözügedən vəsait əsasən ofislərin, ticarət obyektlərinin, yaşayış komplekslərinin, sənaye zonalarının, otellərin alınmasına xərclənib. "Hazırda Fondun xarici ölkələrdə 500-dən çox daşınmaz əmlakı var. Fondun daşınmaz əmlakının 22%-i Asia-Sakit okeanı hövzəsində, 38%-i Avropada, 40%-i isə Şimali Amerikadadır" deyə ARDNF-dən bildirilib.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026