14:15 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir.
18 Avqust 2026