Son 20 ildə Bakının infrastrukturu kəskin inkişaf edib - Deputat

17:10 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov son zamanlar paytaxtda yaranmış tıxacların aradan qalıdırlması üsulunu göstətib.

ABC.AZ xəbər verir ki, deputat son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafının qeydə alındığını bildirib:

"Aydındır ki, infrastruktur genişlənməsəydi o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu  baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmlər göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir- baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur”.