12:25 - 19.10.2022
19 oktyabr, Fineko/abc.az. Avtomobil bazarını araşdıran Sərxan Qədirov ötən illə müqayisədə maşın bazarında qiymətlərdə 1000-2000 AZN bahalaşma müşahidə edildiyini bildirib.
ABC.AZ xəbər verir ki, qiymətlər əvvəlki illərlə müqayisədə bahalaşıb deyən ekspert sözlərinə belə davam edib:
"Mən belə deyərdim ki, hər həftə qiymətlərlə bağlı dəyişikliklər olur. Düzdür, bu qiymətlər maşın bazarlarına görə də dəyişir. Bəzən bir bazarda nisbətən ucuz olan digərində fərqli ola bilər. Lakin ümumilikdə götürsək, qiymət artımı aşkar şəkildə sezilir". Ekspert əlavə etdi ki, hazırda bazarda qiyməti dəyişən hibrid maşınlardır: "Hazırda bazarda hansı maşına tələbat varsa, onların qiyməti nisbətən bahalaşır. Misal üçün "Toyota Prius"lar, "Kia Ceed", "Kia Rio" və "Opel Astra"ların adını çəkə bilərik. Bu maşınları almaq istəyənlər çox olduğundan onların qiyməti də dəyişir.
Adlarını qeyd etdiyim modellərin qiymətləri ilinə, vəziyyətinə görə 11 min-13 min AZN arası dəyişir. Daha çox Avropadan gətirilmiş bu modelləri almaq istəyirlər. Azərbaycanda uzun müddətdir sürülən və istifadə olunan bu modellərə nisbətən az üstünlük verilir".
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026