16:34 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. Taxıl dəhlizi ilə indiyədək 7,8 milyon ton taxıl daşınıb.
ABC.AZ-ın məlumatına görə, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, taxılın 13 faizinin Afrikaya, 23 faizinin Asiyaya, 47 faizinin isə Avropaya daşındığını bildirib.
O qeyd edib ki, Türkiyə istisna olmaqla, Avropa qitəsində ən böyük yükün İspaniya, İtaliya və Hollandiyaya daşınıb.
Karaismailoğlu, verdiyi yazılı açıqlamada, taxıl dəhlizi çərçivəsində 1 avqust-18 oktyabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujne şəhərlərindəki limanlardan cəmi 354 gəminin yola düşdüyünü bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026