Səbail rayonuna pul ayrıldı - Sərəncam

15:54 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2022-ci ilin dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,2 milyon manat ayrılıb.