12:28 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. Azərbaycanda avtomobil biznesi ilə məşğul olan şəxslər aktiv şəkildə Avropadan maşın gətirməyə başlayıblar. Bu, ilk növbədə son aylar avronun məzənnəsinin zəifləməsi ilə bağlıdır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, odur ki, avtomobil idxalçıları koronavirus (COVID-19) pandemiyasına görə, Azərbaycanla quru sərhədi bağlı olan qonşu Gürcüstana üz tutmaqdansa, birbaşa Avropadan nisbətən aşağı qiymətə maşın almağa üstünlük verirlər. Söhbət təbii ki, 2-ci əl avtomobillərdən gedir.
Belə avtomobil idxalçılarından biri olan Teymuraz Nəbiyev deyir ki, indi Avropadan maşın gətirmək ABŞ-dan idxalla müqayisədə də ucuz başa gəlir:
"Biz əvvəllər mühərriki 2 000 kubsantimetrə qədər olan avtomobilləri ABŞ-dan gətirirdik. Ötən ildən logisitikada problemlər meydana çıxdı, xərclər artdı. Odur ki, avtomobilləri yalnız Avropadan gətirməyə başladıq. Avronun ucuzlaşması da qiymətlərdə xeyli fərq yaradıb. Əvvəllər 1 avro 1,9-2 manata bərabər idi, indi isə 1,6-1,7 manatdır. Əsasən Almaniya, Belçika və Polşadan maşın gətiririk və bunun üçün Rusiya ərazisindən keçmirik".
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026