Sabancı Holdinq ABŞ-a sərmayə qoyacaq - Yeni şirkət yaratdı

11:10 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. Sabancı Holdinq Türkiyə və ABŞ-da bərpa olunan enerji və iqlim texnologiyalarına sərmayə qoymaq üçün yeni şirkət qurub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Holdinqin yeni iqtisadiyyat yönümlü böyümə, qlobal izlərini gücləndirmək və gələcəyin texnologiyalarını inkişaf etdirmək strategiyalarına uyğun olaraq, bərpa olunan enerji və iqlim texnologiyaları sahələrinə investisiya qoymaq üçün alan “Sabancı İqlim Texnologiyaları AŞ” adlı bir şirkət yaradılıb.

Bu şirkət xarici bərpa olunan enerji elektrik stansiyası investisiyalarına, ilk növbədə ABŞ və Avropada müxtəlif vençur kapitalı fondlara və startaplara strateji sərmayələr qoymağı hədəfləyir.